Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay bildirib ki, Ankara mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları nəticəsində gərginliyin azalmasına və sülhə nail olunmasına ümid edir. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan danışıqlar üçün platforma təqdim etməyə hazırdır və Putinin ilkin şərt olmadan danışıqlara başlamaq təklifini dəstəkləyir.
KONKRET.az xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri arasında güclü etimad münasibətləri ikitərəfli əməkdaşlığa müsbət təsir göstərir, – deyə Fuad Oktay bildirib.
Rusiya tərəfi İstanbul görüşünü atəşkəs razılaşmasına əsas ola biləcək bir imkan kimi qiymətləndirir. Prezident Zelenski isə mayın 12-dən tam atəşkəs tələb edərək yalnız bundan sonra dialoqa açıq olduğunu vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az