Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran XİN rəhbəri Abbas Araqçinin səfəri zamanı İranın nüvə mübahisəsinin danışıqlar yolu ilə həllində vasitəçilik etməyə hazır olduğunu vurğulayıb.
KONKRET.az xəbər verir ki, o əlavə edib ki, ABŞ və İran prezidentləri arasında birbaşa görüşün təşkilinə də kömək etməyə hazırdır .
Ərdoğan bildirib ki, diplomatik yolların açılması və ABŞ–İran liderləri arasında birbaşa dialoqun başlanması regionda gərginliyin azaldılması üçün əsas şərtdir.
Bu təşəbbüs İsrail–İran qarşıdurmasının fonunda qlobal səviyyədə narahatlıqlar artdıqca gəlib; Ərdoğan regionda sülh və sabitliyin qorunması üçün Türkiyənin əsas rol oynaya biləcəyini vurğulayıb .
Natiq Səlim,
KONKRET.az