Ərəbistan dənizində 30 balıqçı itkin düşdübackend

Ərəbistan dənizində 30 balıqçı itkin düşdü

Ərəbistan dənizində iki balıqçı gəmisinin aşması nəticəsində 30 balıqçı itkin düşüb.

KONKRET.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Pakistanın Sind əyaləti sahillərində baş verib.

Polisin məlumatına görə, hadisə zamanı gəmidə 35 balıqçı olub. Onlardan beşi xilas edilib və xəstəxanaya yerləşdirilib, digərlərinin axtarışları davam etdirilir.

Hadisəyə güclü küləyin və balıqçı gəmilərinin həddindən artıq yüklənməsinin səbəb olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*