Ərini sifarişlə qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başladıbackend

Ərini sifarişlə qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, hadisə bu il martın 16-da Sabunçu rayonunda qeydə alınıb.

Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülüb. Təqsirləndirilən şəxslər ona 18 bıçaq zərbəsi vuraraq tamah məqsədilə qətlə yetiriblər.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Daha sonra söz təqsirləndirilən şəxslərə verilib.

Təqsirləndirilən şəxslər – Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev özünü qismən, Əzizə Seyidova isə ümumiyyətlə təqsirli bilməyib.

Növbəti proses dekabrın 13-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*