Anjela, Laura, Silva, Cülyetta, Dezdemona, David, Rafael, Maqbet, Hamlet, Artur, Edqar, Spartak, Eduard, Serj, Robert… Uşaq ikən elə bilirdim ki, bunlar erməni adlarıdır. Çünki qohum-qonşu, əstəğfürullah, qonşu-monşu, artist-martist arasında bu adlarla o qədər erməni-zad vardı ki…
Zaman keçdi, neçəsini Şekspir, digərlərini həyat sildi. Qaldı Anuş, Haykanuş, Suren, Sirun, Siranuş, Araik, Akop, Aşot, Karapet, Hayrapet, Qurgen, Vazgen, Mesrop, Petros, Bedros, Arutyun, Gevork və sair eybəcərliklər. Erməni adları arasında ən çox “sevdiyim” ad budur: Mkrtç. Bəli! Rast gəlib. Heç bir səsli hərfi olmadan.
Yadındadırmı, keçmiş prezident Serj Sarkisyan jurnalistlərə müraciətlə soyadını “Sarqsyan” kimi yazmağı xahiş etmişdi.
“Qarapet” adı erməninin “pet”, amma qarasından olduğuna işarədir.
“Qaragöz”. Burada “Qarabağ” sözünü necə xatırlamayasan?!
1990-cı ildə Ermənistan SSR Ali Sovetinə deputatlığa namizədlərin siyahısı məni “heyran” etmişdi. Hər cür Mişik, Saşik, Raçik, Vaçik, Serjik, Conik, Xaçik və sair çik-çirik donuz tövləsindən birbaşa parlamentə, uyğun məclisə yerimək istəyirdi.
Soyadları da çox məqamdan danışırdı: Allahverdiyan, Aqanbekyan, Naqiyan, Safaryan, Babayan, Babacanyan və sair. Qorxaq, yaltaq olduqlarına görə türk, müsəlman adlarını həmişə “müdafiə səddi” kimi götürüblər.
1988-ci ildə Sumqayıtdakı milli intihar təxribatından sonra ermənilər Bakıda da mədə vahiməsinə düşmüşdülər. Tanış dul müəllimə üç azyaşlı uşağı və ifritə qayınanası ilə birgə yaşayırdı. Müəllimənin narahatlığını, özü, bir oğlu və iki qızı üçün həyəcanını yatırmaq üçün multikulturallığımı işə saldım: ailəmlə evlərinə getdim, qəlblərinə tumar çəkdim… Qarabağ barədə danışmaya bilməzdik. Dedim ki, Qarabağ erməniləri İrandan köçənlərdir. Qarı razı olmadı. Söylədim:
– Soyadınızdakı “-yan” şəkilçisi də iranlılığınıza dəlalət edir.
Yenə etirazını bildirdi.
– Manuçaryansınız? – deyə soruşdum.
Təsdiqlədi. Dedim:
– Manuçar fars adı “Manuçöhr”dən yaranıb. Əcdadınız fars olmayıb, amma farslara xoş gəlmək üçün bu hiyləgər fənddən istifadə edib…
Bir vaxtlar Bakıda heç kəs erməniyə deməzdi ki, “Qeyvandov” soyadı “heyvan” kökü üzərində qurulub. Yazığın xətrinə dəyməmək üçün.
“Paşinyan” da “Başınyan”dan törəmədir. Nənəsi daim qarğıyırdı: “Başın yansın, Nikol!”. İnanmırsan? Hay deyilsənsə – başın var olsun...
Bəs o millətin adı haradandır? “Er” (“Ər”) – gözəl sözdür. Kişilik, mərdlik əlaməti daşıyır. Ərtoğrul, Ərdoğan və bu kimi igid adları əzəmətli səslənir. Necə olub ki, rusların dahisi Puşkinin qul, qorxaq adlandırdığı məxluqlara “Ər”, “Kişi”, “Mərd” demişik?! Onlar özlərini “hay” adlandırırlar. Puşkin qədər cəsarətli deyiliksə, sözümüzə bir çimdik diplomatik multikulturalizm qatıb, biz də heç olmasa “hay” deyək.
Müharibədən başımız açılsın – ölkənin də adını dəyişərik. Mümkündür, məqbuldur! Bir ölkənin adı müxtəlif dillərdə “Hanqəri” – “Venqriya” – “Macarıstan”, digərinin adı “Polənd” – “Poloniya” – “Polşa”, başqası “Döyçlənd” – “Cömən” – “Germaniya” – “Almaniya” olursa, özümüzün İrəvan torpağımızda yaradılmış dövləti niyə də İrəvan Respublikası adlandırmayaq?!!
Ölkə – İrəvan Respublikası, paytaxt şəhəri – İrəvan, millət – zay, pardon, hay. Millətim, çağırışıma hay ver!
Türkiyə ilə bu məsələni də həll edərik! Tezliklə! Suverenliyimiz bərpa olunan kimi!
A.ƏZİZ