Erməni Apostol Kilsəsi: “Biz tezliklə qisas alacağıq”backend

Erməni Apostol Kilsəsi: “Biz tezliklə qisas alacağıq”

“Biz düşmənçilik və nifrət dövründə, xaos dövründə yaşayırıq. Təəssüf ki, bütün bunların generatoru ölkə hakimiyyətidir, çünki fərdlər öz dar mühitini keyfiyyətcə dəyişdirə bilirlərsə, idarəçilər cəmiyyətin keyfiyyətini dəyişirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan “168” telekanalının “Obzor” verilişinin efirində deyib.

“Bu gün cəmiyyət üçün nə müəyyən edilir? Heç nə. Bu gün yoxluq siyasəti aparılır. Artıq mövcud olmayan 29.800 kvadrat kilometri itirmək irsimizdən, ziyarətgahlarımızdan və ümumiyyətlə, şəxsiyyətimizdən imtina etmək deməkdir”.

Onun sözlərinə görə, “Biz elə bir mərhələyə gəlib çatmışıq ki, əvvəlki 30 illə müqayisədə indiki iqtidarın dövründə başımıza çox faciələr gəldi. “Biz azadlığımızdan, İstiqlal Bəyannaməsindən, yaşamaq hüququnun bərqərar olmasından, öz vətənimizin azad edilməsindən danışırdıq. İndi bir fəlakətdən, insan və ərazi itkilərindən, sonsuz təhlükələrdən danışırıq. Buna görə də təslim oluruq. Həyatımızda başqa seçim yoxdur. Bütün bu fəlakətlərə görə ilk növbədə bu hökumət məsuliyyət daşıyır”, – deyə Tavuş yeparxiyasının rəhbəri vurğulayıb.

Baqrat Qalstanyan hesab edir ki, vəziyyəti cəmiyyətin seçilmiş təbəqəsi – ixtisaslı azlıq dəyişəcək. “Qarabağın ilk qalibiyyətli azadlıq müharibəsi məhz bunu sübut etdi: xalqın seçilmiş hissəsi qalib gəlir. Bu hissə daxili azadlığa nail olmaq üçün qisasçı lider gözləyir. Bununla mübarizə apara biləcək yeganə səngər kilsədir”.

“Qisas azad olmaq, daxili azad olmaq, yenidən doğulmaq deməkdir. Axı bizim itirilmiş ziyarətgahlar qarşısında məsuliyyətimiz var. Mən qisas olacaq deyəndə ermənidilli və xarici dilli düşmənləri nəzərdə tuturam. Unutmayın, Ermənistan hakimiyyəti heç bir revanş olmayacağını bəyan etmişdi. Ancaq bunun baş verməyəcəyini kim söyləyir? Mənim belə bir öhdəliyim yoxdur”, – arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*