Erməni bloger: “Azərbaycan dilini çox sevdim” – “İndi başa düşürəm ki, dostum Erik niyə Bakı ləhcəsini sevirmiş”backend

Erməni bloger: "Azərbaycan dilini çox sevdim" - "İndi başa düşürəm ki, dostum Erik niyə Bakı ləhcəsini sevirmiş"

“Dostum Naira Əliyevanın ölümü başqa bir dostumu xatırlatdı. Hansı ki, o da vaxtsız vəfat edib – Ərik Xaçaturov. Erik haqqında çox adam bilir. Əgər kimsə az bilirsə, onun bioqrafiyası ilə tanış ola bilərlər. Erik çox maraqlı insandır. O, Bakı ermənisidir. Bakını çox sevirdi və bu yaxınlarda ora da getmişdi. Biz Eriklə dostlaşmışdıq və telefonla mütamadi ünsiyyətdə idik. O mənə bir dəfə çox maraqlı tarixçəsini danışdı”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan bildirib.

O daha sontra fikirlərini belə davam etdirdi:

“Günlərin birində onu Avropa ölkələrinin paytaxtlarının birində hansısa beynəlxalq konfransa dəvət edirlər. Gəlin tarixçəsini gerisini Erikin dilindən danışım: İşxan can, dəhlizlə getdiiym yerdə bir küncdə azərbaycanlı jurnalistlərin söhbət etdiyini gördüm. Onlar kofe içə-içə hansısa mövzu ətrafında danışırdılar. Amma Bakı ləhcəsi ilə. Ay İşxan can, bu dil, bu ləhcı mənim uşaqlığım və gəncliyimdir. Mən bu dili sevirəm. Uşaqlar danışanda mənə elə gəlirdi ki, mən öz ailəmdəyəm”.

Erikin sözləri məni çox düşündürdü – Erik niyə Azərbaycan dilini belə sevir? Onu bu qədər sevdirən nədir? Dil bilmək bir şeydir, amma sevmək?…

Bu da məni Azərbaycan dilini öyrənməyə sövq etdi. Mən türk dilini bir az bilirəm, ona görə də əsas şeylər mənim üçün çox asan idi, dostlarım mənə kömək etdilər. İndi az qala insanların azərbaycanca nədən danışdıqlarını az qala dəqiq başa düşürəm – azərbaycanca eşitmək mənə çox asanlıqla gəlir.

Tik-tokun Azərbaycan seqmetində anonim oturub sadəcə azərbaycanlıların danışığını dinləyirdim. Saatlarla oturub dinlədim, amma varlığımı heç yerdə açıqlamadım, sadəcə oturub bakılıların bir-biri ilə söhbətinə qulaq asdım.

Və bilirsiniz, mən nə başa düşdüm, dostlar? Başa düşdüm ki, Azərbaycan dilinin Bakı ləhcəsi çox gözəl səslənir. Bu “Salam qaqa, necesen, öpüram səni. Həqiqətən, bu sözlər cox ürəkdən səslənir. Erikin bu dili niyə bu qədər sevdiyini anladım və azərbaycanlı jurnalistlərin yanından keçəndə onun nə hiss etdiyini anladım”.

Hazırladı Natiq Səlim,

KONKRET.az

 

  • Haller
    Avqust 27, 2024 - 13:13

    Ermeni de bizim dili beyendi, amma azerbaycanlilarin bir coxu neyinki beyenir, hec danismirlar, hec bilmirler de!!! Rusun “sessiz isgali” davam edir!!! Gunah kimdedir?!

Haller üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*