Erməni bloger: “Hazırkı vəziyyətin təhrikçisi Ruben Vardanyandır”backend

Erməni bloger: "Hazırkı vəziyyətin təhrikçisi Ruben Vardanyandır"

“Hazırkı vəziyyəti silahlı sülhməramlıları mülki missiyaya qarşı çıxaran Ruben Vardanyan yaradıb”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni bloger İşxan Verdyan sosial şəbəkə hesabında yazıb.

“Əsas odur ki, “soyqırım” ağılsızlığında hadisələrin ardıcıllığını itirməyək.

1. Azərbaycan RSK-dan Qarabağdakı mədən ərazilərində monitorinq aparılmasını tələb edib.

2. RSK rəhbərliyi ilə danışıqlardan sonra tərəflər razılığa gəlib və Azərbaycan ekoloqları sülhməramlıların müşayiəti ilə mədən sahələrində monitorinq keçirilməsi planlaşdırılıb.

3. Ərazidə Ruben Vardanyanın başçılıq etdiyi silahlı ermənilər tərəfindən onların qarşısını kəsilib və mədənlərə getməsinə icazə verilməyib. Azərbaycan nümayəndələri silahlı deyildilər.

4. Azərbaycan RSK rəhbərliyindən razılıqların yerinə yetirilməsini tələb edib və təsir kimi Laçın yolunun bağlanması seçilib, RSK komandiri general Volkovla görüş tələb olunub.

5. General Volkov Azərbaycan tərəfi ilə əlaqə saxlamır, nəticədə yol üçüncü gündür bağlı qalıb.

Ona görə də hazırkı vəziyyətə silahlı şəxsləri mülki missiyaya qarşı çıxaran Ruben Vardanyan təhrik edib. “Soyqırım”dan danışanın özü indiki vəziyyətin təhrikçisidir”, – deyə bloger bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*