Erməni daşnaklarının Azərbaycandakı 5-ci kolonu – Bəzilərinin ADI VAR…backend

Erməni daşnaklarının Azərbaycandakı 5-ci kolonu - Bəzilərinin ADI VAR...

“Əsirləri güllələyən Azərbaycan əsgərlərinə digər maddələrlə yanaşı vətənə xəyanət maddəsi ilə də iş açılmalıdır. Xəyanət başqa nə təhər olur ki?”

KONKRET.az xəbər verir ki, bu sözlər özünü “Toplum tv”nin redaktoru kimi qələmə verən və 2014-də “Sovetski” qaraçısı kimi tanınan Xədicə İsmayılın “Facebook” postudur.

Əvvəlcə xatırladaq ki, ən güclü erməni lobbisi olan qitələrdən biri də Avropadır. Dövlətlərə bölsək, siyahıda ABŞ və Rusiya da var. Əlbət, bu onların aktiv diaspor fəaliyyətilə əlaqədardır. Bu sarıdan öndədirlər, və bütün qapılara girirlər. Hər halda yaltaqlıq bizlik deyil. Bu informasiya ilə başlamaqda məqsəd odur ki, Avropa və Amerikaya aid internet resurs, videokontentlərdə at oynadan azərbaycanlılara yaşıl işıq yandıran ermənilər, yaxud da hay himayədarlarıdır. Yəni, bu fəaliyyətin mənbəyində olmasa da, mənsəbində dığa var. Ermənilər isə 2 əsrə yaxındır ki, Azərbaycan torpaqlarında məskunlaşdırılandan sonra bizim xalqın bəzi “üzv”lərinin pulgir olduğunu bilirlər. Pula görə hər şeyin satar misalı… Yoxsa, İsmayılın Xədicəsi niyə belə status yazsın ki?! Erməni əsirlərinin taleyi ona niyə maraqlı olsun ki? I Qarabağ müharibəsində əsir, itkin və girov düşən 4 min azərbaycanlı haqqında maraqlanmaqdansa, erməni təəssübkeşliyi çəkənlər varmış! Görəsən, bu statusa görə neçə min avro və ya dram (erməni valyutası) qazanıb? Pulun məbləği ona görə diqqətimi çəkdi ki, ölçü aparım. Görüm bunlar şərəfini neçəyə satır, endirimləri nə vaxt olur? Məzənnələri də özləri kimi düşükdürmü? Xədicə də II Qarabağ savaşında partiyaların birgə bəyanatına qoşulmayan AXCP sədri Əli Kərimli boydadırmı?

Onun birinci cümləsinin ikinci hissəsində əsgərlərimizə vətənə xəyanət maddəsi ilə cinayət işinin açılması tələbi var. Azərbaycanlı düşüncə tərzində vətən xainliyi erməni ilə əlbir olmaq deyilmi? Deyəsən, ikili standartların modda olduğu dünyada ikiüzlülük də dəbə minir. Kimlərsə ədəbə minir, kimlərsə abırdan düşür. Məqsədləri də hər nə yolla olursa olsun, İlham Əliyev hökumətini böhtan atəşinə tutmaqdır. Lap erməni mediası kimi! Hökumətimizin işi ağırdı. Çünki ölkə daxilində sapı özümüzdən olan baltalar, rusun, farsın, ermənilərin 5-ci kolonları, hələ ki dinməz nurçular, ölkə xaricində bu üç dövlətdən başqa az qala iki qitə güclü Azərbaycan görmək niyyətində deyil. Yəni, onlar Azərbaycanı 1993-cü ilə qədər, daha dəqiq desək, işğalla üzləşmiş və vətəndaş müharibəsinə bürünmüş formada görmək istəyirlər. Yəqin, erməni sponsorlarının sifarişi belədir.

Xədicənin sosial şəbəkə paylaşımının sonu belədir: “Xəyanət başqa nə təhər olur ki?”

Xəyanət elə sən təhər olur, ay Xədicə! Ya da Xəyanəticə…

Sonda bunun kimi özünə jurnalist deyənlərin qrant, ianə, erməni bəxşişi ilə Azərbaycan əleyhinə nəsə yazdıqlarını bir də isbatlayaq:

“Mən Əliyevi dəstəkləmirəm, amma o, Qarabağla bağlı haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”

Bu sözlər Xədicə İsmayılın almandilli “Zenit” jurnalına açıqlamasındandır. O, öz erməni mövqeyini havayı dəyişənə oxşamır…

KONKRET.az-ın Analitik qrupu

  • Asəf
    Oktyabr 4, 2022 - 00:31

    Olduqca ucuz və bayağı yazıdır.Qələmin mürəkkəbinə və əsas da qiyməti olmaya zamana heyif.

  • Muxdar
    Oktyabr 4, 2022 - 09:29

    Dedicate ar plain||| Allah Ozu onuncezasini beter.

  • Fərasət
    Oktyabr 5, 2022 - 11:19

    Əlində qələmdən ağır heçnə daşımayan qadın, vətənini qoruyan əsgərə xain deməyi absurt və trajikomikdir. Əsgərə xain deyənlərin qulaqlarını kəsib eşşəyə tərs oturdub ermənistana göndərmək lazımdlr. Yazıçının əli varolsun ki məlumatlandırdı.

Fərasət üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*