Erməni deputat keçmiş xarici işlər nazirini GÜNAHLANDIRDI: “Ermənistanı işğalçı kimi qələmə verib”backend

Erməni deputat keçmiş xarici işlər nazirini GÜNAHLANDIRDI: "Ermənistanı işğalçı kimi qələmə verib"

“Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan diplomatiyada sözün mənasını başa düşsəydi, Meğri bölgəsini alver predmetinə çevirməzdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri iyulun 11-də erməni deputat Vaaqn Aleksanyan öz Facebook səhifəsində yazıb.

O bildirib ki, sabiq nazir 1996-cı ildə Lissabonda keçirilən sammitdə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnun Azərbaycanın tərkibində mümkün olması ilə bağlı fikrə inandırıb. Bundan əlavə, 1999-cu ildə ATƏT-in İstanbul sammitində Dağlıq Qarabağın Azərbaycandan kənar statusunu istisna edən Avropa Təhlükəsizlik Xartiyasına səs verib:

“Əgər Oskanyan dediyi sözlərin mənasını başa düşsəydi, Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı referenduma veto hüququ verməzdi. Bundan əlavə, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi haqqında birgə qərarını siyasi cəhətdən ləğv etməzdi. Oskanyan 7 rayonu işğal olunmuş ərazi adlandırmazdı və bununla da Ermənistanı işğalçı kimi qələmə verməzdi”, – deyə Vaaqn Aleksanyan yazıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*