Karo Paylan Laçın dəhlizi ilə bağlı Ərdoğana müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermenihaber məlumat yayıb. Türkiyə Böyük Millət Məclisinin müxalifətçi erməni deputatı Karo Paylan Laçın dəhlizindəki vəziyyətə toxunub.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Qarabağın blokadasına son qoyulması üçün məsuliyyəti öz üzərinə götürməyə” çağırıb.
“Əgər biz hamımız Qarabağda humanitar böhranın aradan qaldırılması üçün məsuliyyəti öz üzərimizə götürsək, o zaman Azərbaycan-Ermənistan sülh prosesində və Türkiyə-Ermənistan nizamlanması prosesində müsbət gündəmə qayıda bilərik”,- deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Karo elə şox narahatdırsa öz ermənilərinə müraciət etsin zəngəzur dəhlizini açsın Naxçvan blokadadan çıxsın