“Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tarixində ən pis danışıqlar aparan şəxsdir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Taqi Tovmasyan brifinq zamanı deyib:
“Onun danışıqlarının nəticəsi diplomatiyanın sonu və müharibənin başlanğıcı oldu. Paşinyan etiraf edib ki, danışıqlar prosesinin təfərrüatlarını İlham Əliyevdən öyrənib”.
Tovmasyan əlavə edib ki, Paşinyan Ermənistanın keçmiş prezidentlərinin danışıqlarda istifadə etdikləri metodlarla maraqlanmalı idi. Əgər maraqlansaydı, erməni tərəfinin arqumentlərini bilərdi. Biz Paşinyanın dövründə arqumentlərimizi dünyaya zəif təqdim etdik. Nikol Paşinyan və onun komandası hazırda Qarabağdakı vəziyyəti, riskləri və təhlükələri dünyaya normal şəkildə təqdim edə bilmir”, – deyə erməni deputat bildirib.
Vəli Həsənov,
KONKRET.az