“Ucuz qaz istehlak edəndə və ya atom elektrik stansiyası üçün yanacaq alanda niyə Rusiyanı tənqid etmirdiniz?. Amma indi Ermənistanda mövcud ciddi təhlükəsizlik vəziyyətini Rusiyanın günahı hesab edirisniz?. Paşinyan məhz Qərbin təkidi ilə 9 noyabr tarixli üçtərəfli bəyanatdan imtina etməklə, ölkənin gələcəyi sual altında qalıb”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Eduard Şarmazanov bildirib.
“Biz ona görə bu vəziyyətdəyik ki, Nikol Paşinyan 9 noyabr bəyanatından imtina etdi. Bunu etməsəydi, Laçın da, Qarabağ da bizim olardı.
Hakimiyyət rəsmiləri və təbliğat maşını Rusiyanın əleyhinə qarşı propadanda aparmasın, bunun əvəzinə Paşinyan özü Ermənistanın suverenliyinə təhdid yaradan siyasət həyata keçirməsin, müstəqilliyimizə lənət oxumasın.
1995-ci ildən Ermənistanda Rusiyanın hərbi bazası var. O vaxtdan Ermənistanın suverenliyi azalıb? Bu günə qədər ABŞ hərbi bazası Türkiyədə yerləşib. Bu, Türkiyənin suverenleyinə hansı xələl gətirir?! Sizin Rusiya qazını 165 dollara almağınız yaxşıdır, yoxsa Aİİ-dən Ermənistana 7,6 milyard dollar daxil olmanız Ermənistanın suverenliyinə təhlükə yaradır?”, – deyən Eduard Şarmazanov vurğulayıb ki, Paşinyan Ermənistanın suverenliyini qorumur, əksinə ölkəni böyük güclərin toqquşma mərkəzinə çevirib.
“Bir daha deyirəm, Rusiyanın hərbi mövcudluğu 30 il ərzində dövlətçiliyimizin möhkəmlənməsinin əsas təminatlarından biri olub. Rusiyaya qarşı getmək axmaqlıqdır, erməni maraqlarına qarşı atılan addımdır ki, bu da erməni dövlətçiliyinin tənəzzülünün başlanğıcı olacaq.
Mənim üçün Ermənistanın müstəqilliyi mütləq dəyərdir. Ona görə də tələb edirəm ki, Rusiya bizim təbii müttəfiqimiz olaraq qalsın. Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sarkisyanın dediklərini təkrar edirəm: “Ermənistanın Rusiyadan daha təsirli müttəfiqi olmayıb və ola da bilməz”.
Natiq Səlim,
KONKRET.az