Erməni əsirliyindən azad olunan Bayram evlərinə zəng etdi – Anasından AÇIQLAMA – FOTObackend

Erməni əsirliyindən azad olunan Bayram evlərinə zəng etdi - Anasından AÇIQLAMA - FOTO

“Bu günümə çox şükür! Çox sevincliyəm, həyəcanlıyam. Bu gün oğlum özü zəng elədi”.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşən Bayram Kərimovun anası Zülfiyyə Kərimova bildirib.

O qeyd edib ki, oğlu onunla danışıb:

“Mənimlə, həyat yoldaşı ilə danışdı. Onun ad gününü təbrik etdi. Oğlu ilə danışdı. Səhhəti yaxşıdır. Tez zamanda evimizə gələcək. Qovuşacağıq. Allah hamıdan razı olsun.

Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, mənim balamı əsirlikdən xilas etdi. Ona da, Mehriban xanıma da çox təşəkkür edirəm. Allah hər ikisindən razı olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*