Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – Video+Fotolarbackend

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü - VİDEO+FOTOLAR

Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.

Bu barədə KONKRET.az-a qazimizin atası Şakir Vəliyev məlumat verib.

Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.

Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*