KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, kilsənin təşkil edəcəyi mərasimdə nar simvolu müqəddəs nemət elan olunacaq. Mərasim bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə keçiriləcək.
Eçmiədzin kilsəsinə hədiyyə olaraq narlar Qarabağdan gətirilib.
Ermənilər hesab edirlər ki, nar bu xalqın milli simvoldur. Bu simvol həyatı, məhsuldarlığı, səxavəti təbliğ edir. Bütün ermənilərin katolikosu II Qaregin müsahibələrində onu da vurğulayıb ki, nar eyni zamanda İsa Məsihin dirilməsinin xristian simvoludur”.