Erməni mafiyasının rəhbərinə 40 il HƏBS VERİLDİbackend

Erməni mafiyasının rəhbərinə 40 il HƏBS VERİLDİ

ABŞ-ın Los-Ancelesdə şəhərindəki erməni mafiyasının keçmiş rəhbəri 40 il azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə ABC7 telekanalı məlumat yayıb.

Lev Aslan Dermen kimi tanınan Levon Termencyan amerikalı vergi ödəyicilərindən 1 milyard dollardan çox vəsaitin oğurlanması işində iştirak etməkdə ittiham olunur.

Poçt fırıldaqçılığı və çirkli pulların yuyulması işində təqsirli bilinən Termencyan 2010-2018-ci illər arasında 1 milyard dollardan çox bərpa olunan yanacaq vergisi krediti əldə etmək üçün Yuta ştatında fəaliyyət göstərən şəbəkə ilə əlbir olub.

Həbs ilə yanaşı o, 442 milyon 615 min 520 dollar təzminat və 181 milyon dollardan çox cərimə ödəməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*