Erməni müxalifəti erkən parlament seçkilərindən imtina etdibackend

Erməni müxalifəti erkən parlament seçkilərindən imtina etdi

Ermənistanda parlament seçkiləri yolu ilə qanuni hakimiyyət dəyişikliyinə qarşı çıxan ilk partiya “Daşnaksütyun” oldu. Partiyanın rəsmi nümayəndəsi İşxan Saqatelyan bu gün facebookda Baş nazir Nikol Paşinyanın istefasının qanuni yolunun Daşnak partiyası üçün qəbuledilməz olduğunu yazıb. O, Paşinyanın gələn il parlament seçkiləri keçirilməsi ilə bağlı açıqlamasını məqsədəuyğun saymır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Saqatelyanın fikrincə, “Paşinyan qələbə qazanmaq üçün mütləq erkən seçkilər təşkil edəcək. Bu seçim qəbuledilməzdir. Bir yol var – xainin hakimiyyətdən uzaqlaşdırılması. Yalnız bundan sonra erməni xalqı azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı əldə edəcək”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*