Erməni politoloq azərbaycanlı deputatdan sitat gətirib.
KONKRET.az xəbər verir ki, bunu politoloq Ruben Akopyan Facebook səhifəsində yazıb.
“Əgər nə vaxtsa bu qeyri-insana məzar daşı qismət olarsa, sadəcə bu sətirləri bu məzar daşına yazın. O zaman bizim günlərimizin faciəsinin tam mənzərəsi gələcək nəsillər üçün aydın və başa düşülən olacaqdır.
Dekabrın 6-da Azərbaycan Milli Məclisinin İnsan Hüquqları Komissiyasının iclasında komissiyanın sədri Zahid Oruc bildirib ki, “Biz Şuşanı müharibə ilə fəth etdik, İrəvanı da sülhlə fəth edəcəyik”.
Paşinyan isə dost ölkənin lideri kimi görünür. O, 4 ildir ki, xalqımız adından keçmiş prezidentlərdən qisas alır və işğaldan utanır, ona etiraz edir. Çünki ikinci dövlət avantürası “ermənisiz Ermənistan” demək olacaq. İrəvan parlamentində Azərbaycanla bağlı “ədalətli” və görünməmiş bəyanatlar verilir”, – deyə Akopyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az