Erməni politoloq nədən narahatdır?backend

Erməni politoloq nədən narahatdır?

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandan hərbi cinayətlərə görə üzr istəməsini tələb edir.

KONKRET.az  erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni  politoloq Suren Surenyants bildirib:  “Ermənistan dağıdıcı mövqelərindən əl çəkməli, kütləvi məzarlıqların xəritəsini təqdim etməli və günahkarları cəzalandırmalıdır” deyərək,  Azərbaycan Prezidentindən sitat gətirən  Surenyants əlavə edib ki, özümüzü çaşdırmayaq:

“Çünki Azərbaycan prezidentinin bəyanatları heç də təbliğat xarakteri daşımır. Paşinyan dəfələrlə bəyan edib ki, konstitusiyanı dəyişdirməsək, biz məhv olacağıq. Bununla da baş nazir Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsinə eyham vurur. Qorxuram ki, yaxın gələcəkdə Paşinyan  birinci Qarabağ müharibəsinin “qəhrəmanları”nı cəzalandırmaq haqqında sərəncam imzalasın”, – deyə  politoloq yazır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*