Erməni politoloq: Rusiya Paşinyanın səhvlərindən sui-istifadə edirbackend

Erməni politoloq: Rusiya Paşinyanın səhvlərindən sui-istifadə edir

Rusiyanın Cənubi Qafqaz regionunu tərk etmək fikri yoxdur və  bölgədə  mövcudluğunu yenidən format etməklə məşğuldur. 

KONKRET.az  erməni mətbuatına istinadən xəbər verir ki, bunu politoloq Vigen Akopyan deyib:

“Rusiya Azərbaycanla münasibətlərini xeyli yaxşılaşdırıb, onu tərəfdaşlıq səviyyəsinə qaldırıb və strateji müttəfiqlik haqqında saziş var. Rusiyanın Gürcüstanla münasibətləri də ən azı indiki Gürcüstan administrasiyası ilə praktiki nizamlanmaya doğru gedir. Hesab edirəm ki, Rusiya Gürcüstanın indiki hakim komandasının qarşıdan gələn  seçki proseslərində qalib gəlməsi üçün hər şeyi edir. Bütün bunların fonunda Rusiyanın regionu tərk etmək istəyi ilə bağlı söhbətlər əsassızdır. Ermənistana gəlincə, Rusiyanın indiki hakim komanda ilə müəyyən çətinlikləri var. İndi Rusiya Ermənistanla oyun oynayır, regiondakı mövqelərinin konfiqurasiyasının yenidən formatlaşdırılmasının səbəblərini izah etmək üçün özünə alibi yaradır. Rusiya Paşinyanın hərəkətlərindən və səhvlərindən sui-istifadə edərək Azərbaycanda öz mövqelərini gücləndirir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*