Erməni politoloqdan SƏRSƏM AÇIQLAMA: “Azərbaycanı əsl Ermənistanla məğlub edə bilərik”backend

Erməni politoloqdan SƏRSƏM AÇIQLAMA: "Azərbaycanı əsl Ermənistanla məğlub edə bilərik"

“Azərbaycanı əsl Ermənistanla məğlub edə bilərik”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan yazıb.

“Azərbaycan tərəfi ilə üç saatdan çox davam edən danışıqlar müsbət nəticə verdi. Qarabağı Ermənistanla birləşdirən yeganə magistral yol açıldı. Xəbər verildiyi kimi, bir qrup mülki geyimli azərbaycanlı “saxta” ekoloji bəhanə ilə Şuşa tərəfdə magistral yolu “bağlayıb”. 9 noyabr 2020-ci il tarixindən sonra bir çox insan, o cümlədən elit ambisiyaları olanlar dedi: “Yaxşıdır, bundan pis olmayacaq ki?”

Bununla onlar öz hərəkətsizliyini əsaslandırdılar. Artıq 2 ildir ki, baş verən hadisələr onu deməyə əsas verir ki, Ermənistanda vəziyyət daha da pisləşir və pisləşəcək.

Yalnız bir həll yolu var: biz anti-erməni qüvvələri yalnız erməni milli qüvvələri ilə məğlub edə bilərik. Əgər erməni milli qüvvələri yoxdursa, onları formalaşdırmalıyıq.

O zaman biz Azərbaycanı kvazi-Ermənistanla yox, yalnız Ermənistanla məğlub edə bilərik”, – deyə Elbakyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*