Erməni pulları DANIŞDIRIR: ABŞ konqresmenindən Azərbaycana qarşı TƏXRİBATbackend

Erməni pulları DANIŞDIRIR: ABŞ konqresmenindən Azərbaycana qarşı TƏXRİBAT

Konqresmen Ceki Spir ABŞ-ı Azərbaycana edilən yardımları dərhal dayandırmağa çağırıb

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin Ermənistanla iş üzrə komitəsinin həmsədri Ceki Spir rəsmi Vaşinqtonu Azərbaycana hər hansı yardımı dərhal dayandırmağa çağırıb.

“Azərbaycan “Artsax” xalqına qarşı dron hücumlarını yalnız ABŞ liderlik və güc nümayiş etdirdikdə dayandıracaq. Bu ölkə danışıqlar masasına qayıdana qədər ABŞ-ın Azərbaycana bütün yardımlarını dərhal dayandırın”, – deyə konqresmen öz çirkin xislətini və qərəzli fikirlərini ortaya qoyub.

Конгрессмен Джеки Спир призвала США немедленно прекратить любую помощь Азербайджану

Əslində bu, ABŞ-ın ermənipərəst konqresmenlərinin Azərbaycana qarşı ilk təxribtları deyil. Erməni lobbisinin və pullarının sayəsində Konqresdə yer tutatn amerikalı “siyasətçi”lər zaman-zaman ölkəmizə qarşı bu cür çirkin kampaniyalar aparıblar. Təbii ki, erməni qapısında “buyruq iti”nə çevrilən və ikili standartlardan çıxış edən bu şəxslərin məntiqsiz fikirləri heç bir halda ABŞ hökumətinin mövqeyi kimi qəbul edilə bilməz. Ancaq necə deyərlər “milçək bir şey olmasa da, ürək bulandırır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*