Ukrayna vətəndaşı Marina Çobanyan Batumidə “Rusiya gəmisi”nə qarşı keçirilən nümayiş zamanı həbs edilib.
KONKRET.az xəbər verir ki, o, hələ də karserdə saxlanılır. Son məlumatlara görə, Çobanyan Ozurqeti təcridxanasına köçürülüb.
“Azadlıq” radiosunun Gürcüstan xidmətinin məlumatına görə, Marina müvəqqəti saxlanma yerində özünü pis hiss edib. O, bir müddət yerli xəstəxanaya aparılıb və sonra təcridxanaya qaytarılıb. Həkimlər ona panik atak diaqnozu qoyublar.
Qeyd edək ki, erməni qadın Gürcüstana 2022-ci ilin əvvəlində, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı əməliyyatından bir qədər əvvəl köçüb. Onun atası Gürcüstanda bir neçə il əvvəl vəfat edib.
Daxili İşlər Nazirliyi Soçidən rusiyalı turistlərlə birlikdə “Astoria Grande” gəmisinin gəlməsinə etiraz olaraq 23 nəfərin həbs olunduğunu təsdiqləyib. Onlar xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunurlar.
Dövlət müdafiəçisi də istintaq xidmətinə müraciət edib. o, saxlanılanlardan birinə polis tərəfindən psixoloji və fiziki zorakılıq faktını qeydə alıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az