Erməni “qanuni oğru” “Arsen Yerevanski” SAXLANILDIbackend

Erməni "qanuni oğru" "Arsen Yerevanski" SAXLANILDI

İrəvanda “qanuni oğru”ların qarşıdurması baş verib. Qarşıdurma zamanı atışma olub.

KONKRET.az xəbər verir ki, polis müəyyən edib ki, saat 16:20 radələrində qeyd olunan ünvanda “Toyota” markalı avtomobili idarə edən Kotayk rayon sakini, 54 yaşlı Vitali Avdiani naməlum sərnişinlərlə birlikdə 28 yaşlı şəxslə mübahisə edib. “Mercedes”i idarə edən İrəvan sakini Hayk Şahbazyan, İrəvan sakini, 46 yaşlı Arsen Mkrtçyan Merecedesdə olub. Mübahisə zamanı hər iki tərəf ictimai asayişi kobud şəkildə pozaraq bir-birini söyüblər.

İrəvan şəhər polis idarəsinin kriminal polis bölməsi tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. A. Mkrtçyan, H. Şahbazyan və 10 nəfərdən çox şəxs həbs edilib.

Erməni KİV-i xatırladır ki, V. Avdiani və A. Mkrtçyan “qanuni oğru”dur. Mkrtçyan cinayət aləmində “Arsen Yerevanski” ləqəbi ilə tanınır.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*