Erməni qız azərbaycanlıları QƏZƏBLƏNDİRDİ: “Vaxtı gələndə siz kim olduğunuzu biləcəksiniz” – VİDEObackend

Erməni qız azərbaycanlıları QƏZƏBLƏNDİRDİ: "Vaxtı gələndə siz kim olduğunuzu biləcəksiniz" - VİDEO

“Müdafiə layihələrindən, orduya köməklikdən qaçmaq üçün əlindən gələni edən, silah almaq üçün pulunu xərcləməyən, xeyirxah iş görmək istəyirik deyən əziz ermənilər! Siz başa düşürsünüz ki, indi silaha sərmayə qoymasanız, bir-iki ildən sonra bütün Ermənistanın humanitar yardıma ehtiyacı olacaq, o da əgər varsa”.

KONKRET.az xəbər verir ki, bu fikirlər sosial şəbəkələrin erməni seqmentində yayılıb. Bəzi ermənilər hesab edirlər ki, müdafiə layihələrinə hamılıqla qoşulmaq və orduya maliyyə yardımı etmək çox vacibdir. Onlar hesab edirlər ki, ermənilərin Rusiyaya güvənməsi, sülhməramlıların Qarabağda olması təsəllidən başqa bir şey deyil. Və Rusiyanın buna imkan verməyəcəyinə ümid etmək uşaqlıqdır.

Erməni sosial şəbəkələrində yayılan video isə azərbaycanlı gənclərin qəzəbinə səbəb olub. Belə ki, erməni qız azərbaycanlıların ünvanına xoşagəlməz ifadələr işlədərək, öz xalqını tərifləyib: “Biz indi bir az yuxudayıq, amma eybi yox, bu, bir dünya siyasətidir. Vaxtı gələndə siz kim olduğunuzu biləcəksiniz. Onda mən deyəcəm ki, bizi təhqir etməzdən öncə bax gör sən kimsən, sən heç kimsən” – deyə gənc qız öz erməni xislətini nümayiş etdirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*