“2024-cü il dekabrın 1-də Rumıniyada keçirilən parlament seçkilərində Rumıniya Erməni İttifaqı ilkin nəticələrə görə 4748 səs toplayıb və qanunla milli azlıqları təmsil edən təşkilatlar üçün nəzərdə tutulmuş seçki baryerini keçib”.
KONKRET.az xəbər verir ki, seçkilər nəticəsində Rumıniya Erməni İttifaqı yeni seçilmiş parlamentdə bir mandat alacaq ki, bu mandatı siyahıya başçılıq edən Varujan Pambukçyan götürəcək.
Varujan Pambukçyan Rumıniya Erməni İttifaqının vitse-prezidentidir və səkkizinci dəfə Rumıniya parlamentində erməni icmasını təmsil edəcək.
Günel Mikayılova,
KONKRET.az