Erməni separatçı yenə sərsəmlədi: “Arsaxa vizanı İrəvandan ala bilərsiniz”backend

Erməni separatçı yenə sərsəmlədi: "Arsaxa vizanı İrəvandan ala bilərsiniz"

“Arsaxa gəlmək üçün İrəvandakı daimi nümayəndəlikdən viza almaq kifayətdir”.

KONKRET.az xəbər verir ki, bunu İrəvanda keçirilən 8-ci Ermənistan-Rusiya regionlararası forumu zamanı “Turizmin İnkişafı Agentliyinin rəhbəri” və Qarabağlı separatçı Sergey Şahverdyan deyib. O, hələ də xəyallarından əl çəkməyərək çıxışında Qarabağa yalnız Ermənistan və Rusiyadan deyil, başqa ölkələrdən də turistlərin gələ biləcəyini bildirib.

“Arsax iki mindən çox mədəniyyət abidəsini itirdi, bunların arasında turizm baxımından da əhəmiyyətli olan bir çox obyektlər var. İndi biz daha çox istiqamətlərdə işləyirik. Bununla yanaşı, turistlərə və eyni zamanda Ermənistan Respublikasının sadə sakinlərinə Arsaxın təhlükəsiz olduğu barədə doğru məlumatı çatdırmaq çox vacibdir. Daxili turizmin qarşısındakı maneələrdən biri də dəqiqləşdirilməmiş və həyəcanverici məlumatlardır. Bizim vəzifəmiz bu stereotipləri pozmaq, vətəndaşların sosial şəbəkələrdə yazılanlara etibar etməmələrini təmin etməkdir. Amaras monastır kompleksini ziyarət məsələsinə gəldikdə, İndi ora giriş tamamilə pulsuzdur və hər kəs ora hətta öz avtomobili ilə gələ bilər.

Arsaxa giriş Ermənistan və Rusiya vətəndaşları üçün tamamilə pulsuzdur, yanınızda şəxsiyyət vəsiqəsinin olması kifayətdir. Digər ölkələrin vətəndaşları üçün də giriş bağlanmır, onlar da İrəvandakı Arsax Respublikasının daimi nümayəndəliyi vasitəsi ilə viza ala bilərlər. Avropa ölkələrindən, ABŞ və Kanadadan gələn turistlər də bizə gəlir”, -deyə sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*