Erməni separatçıları Xocavənddə MİNAYA DÜŞDÜbackend

Erməni separatçıları Xocavənddə MİNAYA DÜŞDÜ

Erməni separatçıları Xocavənddə minaya düşüb.

KONKRET.az xəbər verir ki, dekabrın 18-də günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.

Partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir.

Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qanunsuz dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Nadir Həsənov
    Dekabr 20, 2022 - 08:46

    Özgəsinə quyu qazan özü düşər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*