Ermənipərəst Britaniya deputatı irqçilikdə ittiham olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Sky News televiziyası məlumat yayıb. Kanal bildirir ki, Böyük Britaniyanın Müxalif Leyboristlər Partiyasının deputatı Rupa Haq krallığın ilk qaradərili maliyyə naziri Kvazi Kvartenq haqqında irqçi fikir söylədikdən sonra vəzifəsindən kənarlaşdırılıb.
Telekanalın məlumatına görə, Haq deyib ki, Kvartenq “kənardan qara”dır, lakin “ölkənin ən yaxşı təhsil ocaqlarında oxuduğu üçün onu “Today” proqramında eşitsəniz, onun qara olduğunu başa düşməyəcəksiniz”.
Haqın bəyanatı Leyboristlər və Mühafizəkarlar partiyalarında tənqid edilib. Deputat özü “fikirləşmədən” dediyi sözlərə görə üzr istəyib. İstintaq davam edərkən Haq işdən uzaqlaşdırılıb.
Xatırladaq ki, Rupa Haq 2021-ci ildə Britaniya Xarici İşlər Nazirliyinə qondarma “erməni soyqırımı”nı tanımaq çağırışı ilə müraciət etməsi ilə tanınır.
Xuraman Etibarlı,
KONKRET.az