Ermənistan Azərbaycandan görün nə alacaq – Simonyan AÇIQLADIbackend

Ermənistan Azərbaycandan görün nə alacaq - Simonyan AÇIQLADI

Ermənistan-Azərbaycan ticarət əlaqələrini genişləndirmək planları çərçivəsində, ölkələr arasında vahid məhsul bazarının yaradılacağı bildirilib.

KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan qeyd edib ki, zamanla tərəflər arasındakı gərginlik azaldılacaq, çünki hər iki ölkə qonşudur. O əlavə edib ki, ermənilər və azərbaycanlılar Moskva və digər ölkələrdə birgə biznes qurur, dostluq edir və bir-birinin ad günlərini ziyarət edirlər.

Simonyan vurğulayıb: “Hə, gərginlik var, yaralar hər iki tərəfdə təzədir. Amma prioritet kommunikasiya kanallarının mümkün qədər tez açılmasıdır”.

O bildirib ki, gələcəkdə ermənilər və azərbaycanlılar bir-birilə ticarət edəcək, mağazalarda azərbaycan məhsulları, Bakıda və digər şəhərlərdə isə ermənistan məhsulları satılacaq. Ermənilər Azərbaycandan benzini daha ucuz alacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*