Erməni taksi sürücüsü sərnişinin 3 min dollar pulunu OĞURLADIbackend

Erməni taksi sürücüsü sərnişinin 3 min dollar pulunu OĞURLADI

Ermənistanda taksi sürücüsü sərnişinin içərisində 3 min dollar və bank kartları olan pulqabısını oğurlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, dekabrın 1-də polisə bir qadın zəng edərək pulqabısını taksidə qoyduğunu və sonradan oğurlandığını bildirib. Pulqabıda 3000 dollar və bank kartları olub.

Keçirilən tədbirlər nəticəsində polislər tərəfindən pulqabının 44 yaşlı taksi sürücüsü tərəfindən oğurlanması müəyyən edilib. O, tutularaq şöbəyə aparılıb.

Oğurlanmış əşyalar tapılıb. Cinayət işi başlanılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*