Ermənilər bizim musiqini öz adları ilə təqdim ediblər?backend

Ermənilər bizim musiqini öz adları ilə təqdim ediblər?

Uzun müddətdir sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə məlumatlar yayılmaqdadır.

Bu barədə KONKRET.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Fikrət Əmirovun “Qarabağ inciləri” kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Fikrət Əmirovun belə bir adda əsəri yoxdur və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*