Ermənilər buna görə Paşinyana “Azərbaycanın Xalq artisti” adını vermək istəyirbackend

 Ermənilər buna görə Paşinyana “Azərbaycanın Xalq artisti” adını vermək istəyir

Yazıçı Seyran Səxavət doğum günündə doğulduğu Füzuli rayonuna gedib.

KONKRET.az xəbər verir ki, yazıçı özünə möhtəşəm yubiley keçirdiyini deyib:

“Doğum günümdə Füzuliyə getmişdim. Bir çox yerləri görüb gəldim. Həm də özümə möhtəşəm yubiley keçirdim. Məndən soruşdular ki, yubileyinizdə elə 3-4 nəfər olmusunuz? Dedim ki, yox, dostlarımla birlikdə bunu 130 min Füzuli əhalisi qeyd etdi. Bir sözlə, yubileyimdə 130 min 4 nəfər adam var idi”.

Yazıçı 1 aprelin “aldatdı günü” kimi qeyd olunmasından və həyatda aldanmasından da danışıb:

“Həyatımızda o qədər aldanmışıq ki. Elə birinci aldanmağımız Ramiz Rövşənin bir şeirindəki kimi “gətirib bizi dünyaya, analar aldatdı bizi…” misralarıdır.  Ən böyük aldanmağımız onda olub və sonra xırda-xuruş yalanlar gəlib. Bu xırda-xuruş yalanların hamısı isə elə birinci yalanın içində doğulanlardı. Biz onsuz da hər gün yalanla rastlaşırıq. Hətta mənim özüm də yalan danışanda onun dərəcəsinə, ziyanvericilik dərəcəsinin hansı şkalada olmasına baxıram, elə yalan var ki, şərə yox, xeyrə xidmət edir. Yəni yalansız yaşamaq qeyri-mümkündür, bu oksigen kimi bir şeydir. Bir dəfə demişdim ki, dünyada nə vaxtsa oksigen tükənə bilər və onda bütün bəşəriyyət qırılacaq. Amma bizim heç birimizin burnumuz da qanamayacaq. Çünki biz oksigenlə yox, yalanla nəfəs alırıq. “Mən heç vaxt yalan danışmamışam” deyən adamların bu sözü elə ən böyük yalandır”.

Yazıçı nəinki 1 apreldə, ölkədə ilin hər günü xalqı aldadan məmurların olduğunu bildirib:

“Təbii ki, bizdə də xalqı aldadan məmurlar var. Elə səhv etmirəmsə, xalqı aldadan yeddi icra başçısı həbs olunub. Bunlar hələ üzə çıxarılanlardı, yəni aysberqin görünməyən tərəfidi. Ermənilər buna görə Paşinyana “Azərbaycanın Xalq artisti” adını vermək istəyir. Amma bizdə xalqı aldadan elə məmurlar var ki, onlara Ermənistanın, Rusiyanın, İranın “Xalq artisti fəxri adını” vermək olar”. /Moderator.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*