Ermənilər daha bir mahnımızı oğurladılar – Videobackend

Ermənilər daha bir mahnımızı oğurladılar - Video

Erməni-yunan müğənnisi Hoviq Azərbaycan mahnısını oğurlayıb.

KONKRET.az kult.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Leyla Mustafayeva məlumat verib.

Onun sözlərinə görə, Hoviqin yunan dilində oxuduğu mahnının adı “Hara gedir”dir.

“Yutubda qarşıma bu video çıxdı. Mahnı tanış gəldi, qulaq asdım. Bu mahnı bəstəkar Ələkbər Tağıyevin şair Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Qal, sənə qurban” mahnısıdır. İllər əvvəl müəllif hüququ bunu Azərbaycan mahnısı kimi təsdiqləyib. Ermənilər dəfələrlə oğurlayıb və öz adından verib.

İndi də erməni və yunan müğənnisi Hoviq oxuyub, Yutubda paylaşıb və altından yazıb ki, erməni xalq mahnısı. Müəllif hüquqları bunu diqqətə alsın. Hələ də bizim olanı mənimsəyirlər”.

Qeyd edək ki, mahnı ilk dəfə 1968-ci ildə Xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*