KONKRET.az erməni mediasına istinadən bildirir ki, bu dəfə də ermənilər Yeni il ərəfəsində eqoistcəsinə qürrələnməyə cəhd ediblər.
Belə ki, Ermənistanda Şaxta Baba kimi tanınan Gagant Babanın özəlliyi ilə bağlı palaz-palaz yazılar dərc edilib. Başqa sözlə, Santa Klausun erməni ənənəvi versiyası Gagant Baba yeni təqvim ilinin əsas qəhrəmanına çevrilib.
Erməni mediası Rusiyanın TurStat saytına istinadən belə bir xəbər yayıb ki, Müstəqil Dövlətlər Birliyində (MDB) Gagant baba ən çox tələb olunan Santa Claus siyahısında yer alıb.
İlk onluqda Belarusun Ded Morozu, Qazaxıstanın Ayaz Atası, Azərbaycanın Şaxta Babası, Özbəkistanın Korbobosu, Moldovanın Moş Kreşunu, Tacikistanın Boboyi Barfini, Türkmənistanın Ayaz Babası, Gürcüstanın Tovlis Babuası yer tutur.