“Biz Gürcüstanı Azərbaycanın Qarabağ sakinlərinə qarşı qeyri-insani addımını pisləməyə çağırırıq”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Gürcüstanın erməni icması gürcüləri Azərbaycana qarşı çıxmağa çağıran “bəyanat” yayıb.
“Dünya Yeni il qabağı təlaş içində olduğu bir vaxtda 5-ci gündür ki, “120 min”ə yaxın günahsız insan Azərbaycan “blokada”sındadır. Çünki ekoloqlar yeganə yol olan Laçın dəhlizini bağlayıblar.
Biz Gürcüstan hökumətini Azərbaycanın Baş nazirinin rəsmi səfərindən istifadə edərək, cəsarət toplayıb vəziyyəti real qiymətləndirməyə və “120 min” günahsız insana qarşı törədilən “mənfur və qeyri-insani” addımı pisləməyə çağırırıq.
Biz həmçinin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan dövləti yeni erməni soyqırımının qarşısını almaq üçün addımlar atmağa çağırırıq”.
Xuraman Etibarlı,
KONKRET.az