Ermənilər hazırkı hərbi itkilərinə görə  Xocalı qatilinin yaxasından yapışdı…backend

Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...

Ermənistan sakinləri Azərbaycan ordusunun son müzəffər yürüşündən sonra Qarabağdakı ərazi və hərbçi itkiləri ilə bağlı başlarını itirib və günhkar axtarışına çıxıblar.

Moderator.az-ın araşdırmasına görə, ermənilər hazırkı əndrəbadi Paşinyan hakimiyyəti ilə yanaşı, keçmiş Qarabağ klanı üzvlərinin də yaxasından yapışmağa başlayıblar.

Son günlər işğalçı ölkə mediasında 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərinin əhalisinin soyqırımında aparıcı rol oynamış o vaxt Rusiyanın 366-cı alayının batalyon komandiri olan, 1999-2007-ci illərdə qondarma “DQR”in “müdafiə naziri”, 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-2016-cı illərdə  isə Ermənistanın müdafiə naziri vəzifələrini tutmuş Seyran Ohanyana qarşı materiallar dərc edilməkdədir. Onun işlədiyi dövrlərdə, xüsusən müdafiə naziri olduğu zaman korrupsiya ilə məşğul olduğu, ordunu vuran qoyduğu, 2026-cı ilin Aprel döyüşlərində erməni qoşunlarının  məğlubiyyətinə səbəb olması vurğulanır.

Ermənilər Azərbaycan Ordusu qarşısında aciz duruma düşməsinə səbəb olan əsas amil kimi S.Ohanyanın işğalçı ölkə ordusunu korrupsiyaya qurşatmasını görürlər. Onun həmin korrupsiya hesabına bir sıra qanunsuz əmlaklara sahibləndiyi, o cümlədən İrəvandakı Vaaqni yaşayış massivində aylıq icarə haqqı 3 min dollar olan fransız stilli malikanəyə sahibləndiyini vurğulayırlar.

P.S. Bu gün zavallı və miskin duruma düşmüş ermənilər Qərbin -Sorosun köpəyi olan Paşinyan kimi Sovet-rus “KQB”-“FSB”-nə işləyən Köçəryanların, Sərkisyanların, Ohanyanların, Balayanların məhz 1980-ci illərdən bəri onları Azərbaycan torpaqlarındakı dinc, sakit, varlı həyatlarından ayırıb qondarma “Böyük Ermənistan” xülyasıyla uçuruma apardıqlarını tam şəkildə çox gec dərk edəcəklər…

Hazırda işğalçı və separatçı orduya hələ dəstək verməkdə olanlar 1988-ci ilədək Qarabağdakı, Bakıdakı, Sumqayıtdakı, Gəncədəki və s. yağ-bal içində bəsləndikləri günlərin həsrətini hələ çox çəkəcəklər…

Qalib ordumuz üçrəngli bayrağımızı Xankəndinə, Şuşaya sancanda isə artıq gec olacaq…

moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*