Ermənilər indi də QƏRBİ HƏDƏFƏ ALDI: “Avropa Azərbaycanın enerji resurslarına satılıb” – İLGİNC DETALLARbackend

Ermənilər indi də QƏRBİ HƏDƏFƏ ALDI: “Avropa Azərbaycanın enerji resurslarına satılıb” – İLGİNC DETALLAR

Öz müttəfiq olan Rusiyaya xəyanət edən, Kremli  Azərbaycan və Türkiyə ilə sıx münasibətlərdə günahlandıran Ermənistan indi də Qərbi hədəfə almağa başlayıb. Hərçənd uzun müddətdir ki, Ermənistanda böyük kütlə Rusiyadan qopmağın və Qərbə meyl etməyin vaxtının çoxdan yetişdiyi haqda fikirlər səsləndirir. Amma görünür, ermənilər üçün müttəfiqin Rusiya və ya Qərb olmasının heç bir önəmi yoxdur. Onlar tarix boyu yalnız öz şəxsi maraqlarını düşünüblər və bu yolda bütün müttəfiqlərinə xəyanət etməkdən çəkinməyiblər.

Ermənilər Rusiya ilə olduğu kimi Qərbi də Azərbaycanla münasibətlərə görə ittiham edirlər. Səbəb isə Qərbin Azərbaycanın enerji daşıyıcıları tərəfindən satın alınması göstərilir. Bir tərəfdən ermənilərin Avropa ölkələrinə qarşı bu cür reaksiyası bizim xeyirimizədir. Qərb nəhayət ki, tərəf saxladığı Erməistanın iç üzünü görmək fürsəti əldə edəcək. Ermənilərin Qərbi hədəfə alması haqda məqalə isə analitik Romella Mnatsakanyanın müəllifliyi ilə dərc edilib.

KONKRET.az xəbər verir ki, müəllif məqaləsinə bu cümlələrlə başlayıb: “Demokratiya və insan haqlarının keşikçisi rolunu oynayan Avropa Azərbaycanın enerji daşıyıcıları tərəfindən satın alınaraq susdurulub”.

Erməni müəllif elə ilk cümlədən Qərbi satılmaqda ittiham edir və bundan çəkinmir. Dünənə qədər isə demək olar ki, adıçəkilən müəllif də daxil olmaqla bütün ermənilər Qərbə inteqrasiyanın tərəfdarı kimi çıxış edirdilər.

Mnatsakanyan daha sonra fikirlərini belə davam etdirir: “Hər şeyin öz qiyməti var. Fransa, ABŞ və Rusiyanın fikirlərinə Azərbaycan tərəfinin məhəl qoymaması və aksiyanı davam etdirməsi bunu sübuta yetirir. Avropa Parlamentinin bəzi deputatları Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borelə məktub ünvanlayıblar və  Şuşa-Xankəndi yolunun bağlanmasına fikir bildiriblər. Ancaq Borel və Mişelin susqunluğu ermənilərin bütün ümidlərini puç edib”.

Erməni analitik daha sonra Azərbaycanın haqq mübarizəsinə bitərəf mövqe sərgiləyən Avropa Komissiyasının sədri Ursula von der Leyeni hədəfə alıb: “O, Azərbaycanın istənilən addımına göz yummağa, mahiyyətcə özünü bu ölkənin enerji resurslarına (təbii qaz) satmağa hazır olduğunu çoxdan sübuta yetirirb” – deyə Mnatsakanyan erməni xislətini ortaya qoyub və bütün cizgiləri aşıb.

Xatırladaq ki, iyulun 19-da Azərbaycan və Avropa İttifaqı arasında enerji sektorunda strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Buxarestdə isə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə imza atılıb. “Bu saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarımıza yaxınlaşdıracaq və regionda təmiz enerji keçidinə nail olmağa kömək edəcək”, – deyə von der Leyen sevincini ifadə edib. Məhz bu fikir ermənilərə sözün əsl mənasında “od qoyub”.

Erməni analitikin von der Leyenin bu fikirinə münasibəti deyilənləri təsdiq edir: “Belə çıxır ki, Ursula von der Leyen sadəcə olaraq Cənubi Qafqaz ölkələri arasında yalnız Ermənistanı kənara qoyub. O. həmçinin  Azərbaycanın addımlarına reaksiya verməməklə əslində rəsmi Bakının yanında olduğunu sübuta yetirir. Bu, hər şeyin öz qiymətinin olduğuna aydın sübutdur. Qonşu Gürcüstan da “Artsax”da baş verənlərə susur. Azərbaycandan, onun qazından, neftindən, indi də yaşıl enerjisindən çox asılıdır”, – deyə erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*