“İran regiondakı rolunu artırmaq, Türkiyənin aktiv mövcudluğunu balanslaşdırmaq, həmçinin, bu məsələyə yaxınlaşmaq üçün siyasi manevrlər edir. Rusiya tərəfi isə müşahidə edir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Alikonline”ın məsul redaktoru Aram Şahnazaryan bildirib.
O vurğulayıb ki, İran siyasətində səmimi deyil: “Yadınızdadırsa, İran prezidenti işğal olunmuş ərazilərin azad edilməsi, həmin ərazilərdə dövlət hakimiyyətinin bərpası və dövlət sərhədlərinə nəzarətin yaradılması münasibətilə Azərbaycan liderini təbrik etmişdi. Bu nədən xəbər verirdi? Tehranın müəyyən ekspert dairələri bunu İranın Cənubi Qafqazda müharibədən sonrakı dövrdə yaradılmış yeni status-kvonun tələbi kimi şərh edirdilər. Amma başqa səbəblər də var idi, o cümlədən Nikol Paşinyanın sülh planları və etibarsız tərəfdaş olması.
Bu kontekstdə xatırlatmaq yerinə düşər ki, 2020-ci ilin 44 günlük müharibəsi zamanı, Ermənistan baş nazirinin rəsmi saytına görə, Nikol Paşinyan İran lideri ilə cəmi 1 dəfə telefon danışığı aparıb. Fransa prezidenti iləsə 3 dəfə.
Təsadüfdü, yoxsa yox, amma Nikol Paşinyan İran lideri ilə 2020-ci il sentyabrın 30-da, yəni Təhlükəsizlik Şurasının rəhbəri Onik Qasparyanın sessiyada müharibəni 2-3 gün ərzində dayandırmağı təklif etdiyi gün danışıb. Oktyabrın ortalarında isə İran ərazisinə mərmilər düşüb, sonra İran sərhədi yaxınlığında şiddətli döyüşlər başlayıb. Bundan başqa, 2020-ci il oktyabrın 27-də Azərbaycan tərəfi Ermənistan Respublikasının İranla cənub sərhədinin keçid məntəqəsində Ermənistan sərhədçisinin mövqelərini pilotsuz uçuş aparatlarından atəşə tutub.
Xatırladaq ki, bu hadisələrdən əvvəl, 2020-ci il oktyabrın 13-də İran İslam Respublikasının Ermənistandakı səfirliyinin yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Bəhmən Sadiqi Ermənistan Müdafiə Nazirliyində qəbul edilib.
Yeri gəlmişkən, 2023-cü il iyunun 20-də İstintaq Komitəsində Nikol Paşinyan oktyabrın 7-də Rusiya prezidenti ilə telefon danışığı apardığını, ertəsi gün isə Azərbaycan tərəfinin atəşkəs üçün ilkin şərtinin olduğunu bildirmişdi. Yəni Füzulinin döyüşsüz onlara təslim olmasını və erməni qüvvələrinin Araz boyu Xudafərin su anbarına doğru geri çəkilməsini, su anbarının Azərbaycanın nəzarətində olmasını və suvarma məqsədilə oradan su götürməsini gözləyirlər.
Maraqlıdır ki, Nikol Paşinyanın bu məsələ ilə bağlı İran lideri ilə telefon danışığı olmayıb. 44 günlük müharibə zamanı təkcə Gürcüstanın deyil, İranın da hava məkanının Ermənistan üçün bağlı olduğunu deyən siyasətçilər var.
Bu siyasət bu gün də davam edir. Bu təhlükəli siyasi addımların korreksiyasına nə dərəcədə cəhd ediləcəyini isə zaman göstərəcək.
Ümumiyyətlə, istənilən dövlət, o cümlədən İran öz maraqlarından çıxış edərək ərazi və sərhəd dəyişikliyinə yol verməyəcəyini bəyan edir. Amma mən bu mövqeyə də inanmıram”.
Natiq Səlim,
KONKRET.az