Ermənilər İslam ölkələrini Azərbaycanı qınamağa ÇAĞIRDI – VİDEObackend

Ermənilər İslam ölkələrini Azərbaycanı qınamağa ÇAĞIRDI - VİDEO

Ermənilər müsəlman dünyasını Azərbaycanı qınamağa çağırıblar.

KONKRET.az xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında hər gün azan səslənir. Azan Xankəndidə, eləcə də Ermənistanın sərhəd kəndlərində də eşidilir.

Ermənistanın Qeqarkunik rayonunun sərhəd kəndlərinin sakinləri azan eşitdiklərindən şikayətlənib və… “Müsəlman dünyasını buna görə Azərbaycanı qınamağa” çağırıblar. Onlar Azərbaycanı azan “terror”unda günahlandırıblar.

Qeyd edək ki, Rusiyanın oliqarx nökəri Ruben Vardanyan Rusiya televiziyasına müsahibəsində azan səsinin erməniləri narahat etdiyini, “rahat yaşamağa mane olduğunu” deyərək gileylənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*