Qarabağ ermənilərinin nümayəndəsi ekoaksiyanın təşkilatçılarından birinə xahişlə müraciət edib.
KONKRET.az -a xəbər verir ki, bu gün Laçın yolunda etiraz aksiyasının təşkilatçılarından biri olan hüquq müdafiəçisi Dilarə Əfəndiyeva ilə Əsgəran şəhərinin mülki əhalisinin nümayəndəsi əlaqə saxlayıb.
O bildirib ki, Əsgəran rayonundan olan 18 uşaq, 2 müəllim hazırda Gorusdadır və evlərinə qayıda bilmirlər. Qarabağ ermənilərinin nümayəndəsi uşaqların və müəllimlərin keçidi üçün yolun açılmasını xahiş ediblər. Onların valideynlərinin və yaxınlarının uşaqlara görə narahat olduqlarını qeyd edib.
Qeyd edək ki, Qarabağ ermənilərinin nümayəndəsi də müraciətində yerli qondarmaqurumdan şikayətlənib. O, “Hakimiyyət” baş verənləri əhalidən gizlədir və buna lazımi qayğı göstərmir”, deyib.
Dilyarə Əfəndiyeva uşaqların Əsgərana keçməsi üçün hərtərəfli köməklik göstərməyə hazır olduğunu bildirib.
“Biz azərbaycanlıyıq, uşaqları millətə bölmürük”, – Dilarə Əfəndiyeva deyib.
Xatırladaq ki, Dilarə xanım telefon nömrəsini özü təqdim edib ki, ermənilərə kömək lazım olsa, müraciət etsinllər./Caliber.az
Xuraman Etibarlı,
KONKRET.az