“Ermənilər Qarabağa, azərbaycanlılar da Ermənistana qayıda bilər” – Politoloq – FOTObackend

"Ermənilər Qarabağa, azərbaycanlılar da Ermənistana qayıda bilər" - Politoloq - FOTO

“Şübhə yoxdur ki, Azərbaycan tərəfi bundan sonra ermənilərin Qarabağa, azərbaycanlıların da Ermənistana qayıtması məsələsinin perspektivlərinə baxacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq İlqar Vəlizadə yazıb. Politoloq yazır:

Şübhə yoxdur ki, Azərbaycan tərəfi bundan sonra ermənilərin Qarabağa, azərbaycanlıların da Ermənistana qayıtması məsələsinin perspektivlərinə baxacaq. Söhbət ilk növbədə Sünik (tarixi Zəngəzur) və Qeqarkunik (tarixi Göyçə) ərazisindən gedir”.

Məlumdur ki, bu rayonların əhalisinin əhəmiyyətli hissəsini azərbaycanlılar təşkil edirdi. Onlar Qarabağı Ermənistan-Azərbaycan münaqişəsinin lap əvvəlində bölgəni tərk etməyə məcbur olublar. Və tərəflər münaqişənin hərtərəfli sülh yolu ilə həlli, o cümlədən münaqişə nəticəsində məcburi köçkün düşmüş bütün sakinlərin geri qaytarılması barədə razılığa gəldiyi bir şəraitdə, Ermənistan tərəfi ermənilərin Qarabağa qayıtmasında israr etdikdə, Azərbaycan öz torpaqlarına, Zəngəzura qaytarılmasına israr edə bilər.

“Xüsusilə, Zəngəzur dəhlizi çərçivəsində Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək kommunikasiyalara yaxın ərazidə yerləşən Nüvədi kəndindən danışmaq olar. Məlumdur ki, Nüvədi kəndi 1929-cu ilə qədər inzibati-ərazi bölgüsü baxımından Azərbaycanın Cəbrayıl rayonuna tabe idi. Zaqafqaziyanın o vaxtkı sovet rəhbərliyi Nüvədi kəndini qanunsuz olaraq Ermənistan SSR-in Meğri rayonunun inzibati idarəsinə vermişdi. Bu sənəd uzun müddətdir ki, rəsmi olaraq təsdiqlənməyib.

1969-cu ilin mayında Nüvədi rəsmən Ermənistan SSR-in Meğri rayonunun tərkibinə daxil edilmişdir. Kənddə və onun ətrafında 1991-ci ilə qədər azərbaycanlı əhali yaşayıb. Ona görə də söhbət münaqişə nəticəsində rayonu tərk etmiş bütün sakinlərin geri qayıtmasından gedirsə, o zamankı Ermənistan SSR ərazisində yaşayanların taleyini də unutmaq olmaz.

Ermənistan tərəfi erməni əhalisinin Azərbaycanın digər rayonlarına mümkün qayıdışı coğrafiyasını genişləndirməyi təklif edərsə, Bakı Ermənistanın qalan hissəsində azərbaycanlı əhalinin məskunlaşdığı yerlərin xəritələrini yeniləyə bilər. Burada, məsələn, 19-cu əsrin sonlarında müasir Ermənistan ərazisində azərbaycanlıların yaşayış yerinin xəritəsi var.

Təbii ki, sonrakı illərdə etnik təmizləmə və deportasiya nəticəsində azərbaycanlıların yaşayış sahəsi əhəmiyyətli dərəcədə azaldı, lakin hətta bu halda da 1987-ci ilə qədər Ermənistanın bəzi bölgələrində azərbaycanlılar hələ də təsirli çoxluq təşkil edirdi, o cümlədən Zəngəzur, Göyçə və Vedibasarda.

Azərbaycan tərəfi təkid edir ki, bütün hərəkətlər simmetrik olmalıdır. Erməni tərəfinin birtərəfli hərəkətləri, onun özü üçün daha əlverişli şərtlərlə “bazarlıq etmək” istəyi rəsmi Bakı tərəfindən qəti şəkildə əngəllənəcək”.

 

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*