Mart soyqrımı təkcə azərbaycanlıların deyil, həm də yəhudi xalqına qarşı müasir dövrdə törədilən ilk soyqırım aktıdır. 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı xüsusi amansızlıqla soyqırım aktı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür.
KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli 31 Mart – Azərbaycanlıların Soyqırım Günü haqda danışarkən deyib.
Politoloq qeyd edib ki, 31 Mart soyqırımı zamanı azərbaycanlılarla yanaşı yəhudilərin də öldürülməsi xüsusi sifarişin nəticəsi idi:
“Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələri Azərbaycan ərazisində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudini də qətlə yetirib. Ermənilər Azərbaycanda yaşayan yəhudilərdən silah-sursat alınmasında maliyyə yardımının edilməsini tələb etmişdilər. Yəhudi xalqı min ilə yaxındır dinc yaşadığı, ikinci ana vətən saydığı ölkələrinə xəyanət etmədi, əvəzində, erməni vəhşiliyinin qurbanı oldu.
Ermənilər tarixən türklər qədər yəhudi xalqına da nifrət ediblər. Çünki özlərini xristianlığı ilk qəbul edən xalq sayan ermənilər İsa peyğəmbərin qətlində daim yahudiləri günahkar görüblər. Göründüyü kimi, mənsub olduqları dini də erməniləşdirən, öz xəstə xislətinə adaptasiya edən ermənilər bu yolla yəhudi xalqının qanına bais olublar.
Bu gün dünyada bilinən yanlış bir tarix var. Yəhudi soyqırımının ümumiləşmiş adı olan Holokost heç də İkinci Dünya müharibəsi zamanı deyil, 1918-ci ildə ermənilər tərəfindən törədilib. Mart soyqırımı zamanı həlak olan yəhudilərin qalıqlarını araşdıran əksər yəhudi alim etiraf edirlər ki, İkinci Dünya müharibəsi zamanı nasist almanlar tərəfindən soyqırıma məruz qalan yəhudilərin öldürülmə şəkilləri ilə bənzərlik təşkil edir. Bu fakt ondan xəbər verir ki, 1918-ci ildə Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldurlarının azərbaycanlılarla yanaşı, yəhudi xalqına qarşı başlatdığı soyqırımı Njde Qaragen kimi ermənilər alman nasizminin tərkibində davam etdirmişlər. Dünya bu reallığı bilməlidir”.