Ermənilər sənəd, biz isə Laçın dəhlizini alacağıq – Zülfüqarovbackend

Ermənilər sənəd, biz isə Laçın dəhlizini alacağıq - Zülfüqarov

Görünür, Bayden erməniləri izləyərək, icraedici hakimiyyət səviyyəsində “soyqırımı” tanıyacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

“Beləliklə, yaz gəldi və erməni diasporu yenə öz ampulasındadır. Görünür, Bayden erməniləri izləyərək, icraedici hakimiyyət səviyyəsində “soyqırımı” tanıyacaq. Təbii olaraq bu, ABŞ-Türkiyə münasibətlərinin soyuqlaşmasına gətirib çıxaracaq və nəticə kimi Rusiya-Türkiyə tandeminin o cümlədən bizim mövzuda koordinasiyasını gücləndirəcək. Beləliklə, ermənilər növbəti sənəd, biz isə Laçın dəhlizinin nəzarətini ələ alacağıq”, – T.Zülfüqarov bildirib.

Onun sözlərinə görə, bu, Minsk Qrupunu daha uzağa göndərmək üçün növbəti bəhanə olacaq. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*