Ermənilərdən FLƏŞMOB: “Papikyanın istefasını tələb edirik!” – FOTObackend

Ermənilərdən FLƏŞMOB: "Papikyanın istefasını tələb edirik!" - FOTO

Ermənilər Facebook-da fləşmob keçirir: “Papikyanın istefasını tələb edirik!”

KONKRET.az xəbər verir ki, Ermənistanda kazarmada baş verən yanğında əsgərlərin diri-diri yanaraq ölməsindən sonra silahlı qüvvələrin bir sıra zabitləri, korpus komandiri xidmətdən uzaqlaşdırılıb. Lakin ermənilərin fikrincə, müdafiə naziri istefaya getməlidir.

Çünki sıravi zabitlər ordunun büdcəsini planlaşdırmırlar, bunu müdafiə naziri və baş nazir edir.

Ermənilər deyir ki, Müdafiə Nazirliyi əsgərlər üçün normal kazarma şəraiti yaratsaydı və onlar kənd binasında deyil, normal kazarma şəraitində xidmət etsəydilər, bu faciə baş verməzdi.

Sosial şəbəkələrdə istifadəçilər kütləvi şəkildə nazir Suren Papikyanın fotosunu “İstefasını tələb edirəm” yazısı ilə paylaşırlar. Onların bir çoxu Papikyanın istefası tələbi ilə Müdafiə Nazirliyinin qarşısında aksiya keçirməyi təklif edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*