Ermənilərdən gülünc İDDİA: “Adolf Hitler və İsa Peyğəmbər erməni olub, Ermənistan isə ilk xristian dövlətidir”backend

Ermənilərdən gülünc İDDİA: “Adolf Hitler və İsa Peyğəmbər erməni olub, Ermənistan isə ilk xristian dövlətidir”

“Deyirlər ki, Adolf Hitlerin özü də erməni olub. Çünki almanlar onu görəndə “Hay Hitler” qışqırırdılar. “Hay” isə bizim dilində erməni anlamına gəlir”.

KONKRET.az-ın Telegram kanallara istinadən məlumatına görə, belə gülünc fikirləri Karen Arzumanyan adlı erməni səsləndirib.

Digər ermənilər isə onun bu gülünc və mənasız fikirlərinə düzəliş etmək əvəzinə daha da irəli gedərək Ermənistanın ilk xristian dövləti olduğunu bildiriblər. Belə ki, Levon Manukyan adlı erməninin utopik fikirlərinə görə, Ermənistanın ilk xristian dövləti olub. Onun digər fikri isə əməlli-başlı erməni xislətini ortaya qoyub. Belə ki, Manukyan hətta İsa Peyğəmbərin (İsus Xristos) də erməni olduğunu dilə gətirib.

Təbii ki dünya tarixini oğurlamaqda və öz adlarına çıxarmaqda mahir olan ermənilərin belə gülünc fikirləri heç kəsdə təəccüb doğurmamalıdır. Lakin ermənilərin bu qədər irəliyə gedərək hətta İsa Peyğəmbərin də erməni olduğunu iddia etmələri, onlara yəqin ki, “oğru millət” nominasiyası üzrə Nobel mükafatı qazandırardı. Təbii ki, əgər belə bir nominasiya mövcud olsaydı.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*