“Erməniləri Bakı həbsxanalarında mühakimə edirlər, biz isə Yeni ilə hazırlaşırıq” – Şarmazanov backend

"Erməniləri Bakı həbsxanalarında mühakimə edirlər, biz isə Yeni ilə hazırlaşırıq" - Şarmazanov 

“Qərb tezliklə inqilabın son mərhələsini növbədənkənar seçkilərlə həyata keçirəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sabiq deputatı Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ermənistanda siyasət yoxdur, ölkədə ciddi çıxışlar eşidilmir.

“Hazırda təkcə Nikolla deyil, həm də onun təminatçısı olan Qərblə mübarizə aparmaq lazımdır. Təəssüf ki, hər şey pisə doğru dəyişir. Bu həyatdan köçənlər xoşbəxt şəxslərdir ki, Ermənistanın mənəvi ölümünü görmədilər. Bakı həbsxanalarında erməniləri mühakimə edirlər, biz isə Yeni ili qeyd etməyə hazırlaşırıq. Yaddaşımızı və ağlımızı itirdik və daha çox heyvan kimi olduq”, – deyə Şarmazanov əlavə edib.

O bildirib ki, Qərb tezliklə növbədənkənar seçkilərlə inqilabın son mərhələsini keçirəcək və Ermənistan-Rusiya-İran ittifaqını dəstəkləyən qüvvələrdən qurtulacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*