Ermənilərin abidələrimizə vurduğu zərərin həcmi AÇIQLANDIbackend

Ermənilərin abidələrimizə vurduğu zərərin həcmi AÇIQLANDI

2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin qiymətləndirilməsi zamanı dəyən zərər 88 milyard manat civarında hesablanıb. Lakin indi aparılacaq qiymətləndirmə zamanı bu məbləğin 88 milyard manatdan daha yüksək olacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bunu həmin monitorinq zamanı Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü kimi fəaliyyət göstərən, mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, o zamankı hesablamalar qiyabi monitorinq əsasında olub:

“Lakin indi hər bir abidəyə yerində baxış keçiriləcək. Bütün ərazilərdə layihə-smeta sənədlərinin işlənməsi başa çatdırıldıqdan sonra dəyən ziyanın məbləği daha dəqiq bilinəcək”.

F.İsmayılov əlavə edib ki, Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb. Amma Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda monitorinqlər qismən aparılıb və hazırda da davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*