“Ermənilərin ancaq Ermənistan hakimiyyətindən gözləntiləri ola bilər” – Mamicanyanbackend

"Ermənilərin ancaq Ermənistan hakimiyyətindən gözləntiləri ola bilər" - Mamicanyan

“Ermənistan vətəndaşının ancaq Ermənistan hakimiyyətindən gözləntiləri ola bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə keçirdiyi brifinqdə “Şərəfim var” fraksiyasından olan deputat Ayk Mamicanyan deyib.

“Qarabağ münaqişəsində, yaxud bu və ya digər Ermənistan-Azərbaycan qarşıdurmasında beynəlxalq strukturların və ya dövlətlərin Ermənistanın tərəfini tutması çox asandır. Çünki bu, əslində ədalət işidir.

Beynəlxalq ictimaiyyətdə yolun bağlanması ilə bağlı konsensus var. 9 noyabr sənədində bu bənd qeyd olunub.

Göründüyü kimi, Ermənistan vətəndaşları ancaq Ermənistan hakimiyyətindən nəsə gözləyə bilər, beynəlxalq ictimaiyyətdən fayda yoxdur”, – Mamicanyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*